Qubadlıya prokuror təyin edilib

Qubadlıya prokuror təyin edilib

Qubadlı rayonuna prokuror təyin edilib.

Birxeber.Az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayon prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.

Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.

Birxeber.Az-nın əldə etdiyimiz məlumata görə, Emil Kərimov Qubadlıda anadan olub və 14 yaşı olanda erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.