Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb

Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb

Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.