Dünya Bankı Ukrayna üçün yardım paketi hazırlayır
Dünya Bankı Ukrayna üçün 1,5 milyard ABŞ dolları həcmində yardım zərfi hazırlayır.
“Birxeber” xəbər verir ki, bunu Dünya Bankı Qrupunun prezidenti David Malpass Varşava İqtisad Məktəbindəki nitqi zamanı bildirib.
Bu yardımın müharibə zamanı dövlət xidmətlərinin göstərilməsini davam etməsini dəstəkləmək məqsədilə ayrıldığı da qeyd olunub.
“Dünya Bankı 1944-cü ildə, Avropanın ikinci dünya müharibəsindən sonra bərpasına yardım üçün yaradılmışdı. İndi Ukraynaya da vaxtı gələndə bərpa işlərində yardım etməyə hazır olacağıq", – deyə qurum rəhbəri vurğulayıb.