Azərbaycan millisinin kapitanı: Bu gün qələbə üçün oynayacağıq

Azərbaycan millisinin kapitanı: Bu gün qələbə üçün oynayacağıq

Bu gün qələbə üçün oynayacağıq.

Bunu “Report”a açıqlamasında qadın həndbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Rəna Həsənova AVRO-2024-ün seçmə mərhələsində Litva ilə bu gün keçiriləcək oyun barədə danışarkən deyib.

Milli üzvü doğma arena amilindən yararlanaraq, ilk qələbələrini qazanmaq arzusunda olduqlarını bildirib: “İki həftə “AHF Arena”da çox yaxşı təlim-məşq toplanışı keçdik. Rəqibin oyunlarına baxmışıq, güclü komandadır. Üstəlik, bizim də 3 həndbolçumuz zədəlidir. Buna baxmayaraq, gözəl oyun sərgiləməyə çalışacağıq. İnanıram ki doğma meydançada çıxış etmək bizə uğur gətirəcək”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Litva görüşü saat 17:00-da başlayacaq. Hər iki komanda qrupda keçirdiyi ilk iki matçında Şimali Makedoniya və İspaniyaya məğlub olub.