Deputat nikah yaşının 17-yə salınması təklifinə qarşıdır

Deputat nikah yaşının 17-yə salınması təklifinə qarşıdır

Milli Məclisin deputatı Vüqar İskəndərov nikah yaşının 17-yə salınması təklifi ilə razılaşmadığını bildirib.

"Birxeber.Az" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında erkən nikahların qarşısının alınması məsələsində qanunların daha sərt olmasının vacibliyini vurğulayıb:

"Nikah yaşının 17-yə salınması təklifi ilə razı deyiləm. Fikrimcə, qanunlar bu sahədə daha yaxşı işləməlidir. Təbii ki, Milli Məclisin üzərinə də vəzifə düşür. Yəqin ki, gələcəkdə qanunlara yenidən baxmalıyıq. Erkən nikahların qarşısının alınması məsələsində qanunlar daha sərt olmalıdır".