“Araz-Naxçıvan” stadionu hazır olana qədər “Liv Bonadea Arena”da oynayacaq

“Araz-Naxçıvan” stadionu hazır olana qədər “Liv Bonadea Arena”da oynayacaq

“Araz-Naxçıvan” stadionu hazır olana qədər “Liv Bonadea Arena”da oynayacaq.

Bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.

O bildirib ki, “Liv Bonadea Arena” ilə mövsümün sonuna qədər müqavilə imzalandığından, ev oyunlarını keçirməklə bağlı problemləri yoxdur: “Naxçıvan şəhər stadionu hazır olana qədər komanda ev oyunlarını burada keçirəcək. Növbəti mövsümlə bağlı məsələlər yayda müzakirə olunacaq. Bizə heç kim deməyib ki, “Liv Bonadea Arena”da oynaya bilməzsiniz. Naxçıvan şəhər stadionu nə vaxt istifadəyə hazır olsa, komanda ev matçlarını orada keçirəcək”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 24 turdan sonra 31 xalla səkkizinci yerdə qərarlaşıb.