Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb

Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 11-də Azərbaycanda səfərdə olan Türkiyənin hərbiyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Erdoğan Karakuş, Hamza Dürgen, Mustafa Işık və Beyazıt Yumuk ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb.

Z.Həsənov qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər, eləcə də regiondakı hazırki vəziyyətlə bağlı danışıb.

Nazir gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu kimi QHT-lərin mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Ölkəmizə səfərdən razı qaldıqlarını ifadə edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təşkilat rəhbərləri Azərbaycan Ordusunu bir neçə gün öncə qeyd edilən 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib, şəhidlərin ailə üzvləri və yaxınlarına başsağlığı veriblər.

Nümayəndələr rəhbərlik etdikləri təşkilatların Türkiyədəki fəaliyyətləri, o cümlədən şəhid ailələri və müharibə veteranları ilə bağlı gördükləri işlər barədə ətraflı məlumat veriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

HƏRBİ HƏRBİ
Gələn ay hərbi xidmətə yollanacaq çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb

Gələn ay hərbi xidmətə yollanacaq çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb

HƏRBİ HƏRBİ
MN: "Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat tamamilə yalandır"

MN: "Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat tamamilə yalandır"

HƏRBİ HƏRBİ
MN: Ermənistan hərbi qulluqçusunun ölümcül yaralanması barədə məlumat yalandır

MN: Ermənistan hərbi qulluqçusunun ölümcül yaralanması barədə məlumat yalandır

HƏRBİ HƏRBİ
Hərbi foto-video operatorlarla toplanış keçirilib

Hərbi foto-video operatorlarla toplanış keçirilib

HƏRBİ HƏRBİ
Mühəndis qoşunlarının minalardan təmizlədiyi ərazilərin sahəsi açıqlanıb

Mühəndis qoşunlarının minalardan təmizlədiyi ərazilərin sahəsi açıqlanıb

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyi komandoda hərbi xidmət keçmək istəyənlərə müraciət edib

Müdafiə Nazirliyi komandoda hərbi xidmət keçmək istəyənlərə müraciət edib

HƏRBİ HƏRBİ
Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

HƏRBİ HƏRBİ
Zakir Həsənov qanunsuz erməni birləşmələrinin təxribatı nəticəsində yaralanan hərbçilərin son durumu ilə maraqlanıb

Zakir Həsənov qanunsuz erməni birləşmələrinin təxribatı nəticəsində yaralanan hərbçilərin son durumu ilə maraqlanıb

HƏRBİ HƏRBİ
Müdafiə naziri: "Azərbaycan Ordusu hər zaman qardaş Türkiyənin yanındadır"

Müdafiə naziri: "Azərbaycan Ordusu hər zaman qardaş Türkiyənin yanındadır"

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşüb

HƏRBİ HƏRBİ
NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir

NATO Bakıda Azərbaycan hərbçilərinə təlim keçir

HƏRBİ HƏRBİ
Azərbaycan və Türkiyə ordularının birgə iştirakı ilə “Heydər Əliyev-2023” təlimi keçirilir

Azərbaycan və Türkiyə ordularının birgə iştirakı ilə “Heydər Əliyev-2023” təlimi keçirilir