Fərid Şəfiyev: Ermənistandan təzminat tələb etmək üçün haqqımız var

Fərid Şəfiyev: Ermənistandan təzminat tələb etmək üçün haqqımız var

“Bizim Ermənistan qarşısında təzminat məsələsini gündəmə gətirmək üçün haqqımız var”.

Birxeber.Az xəbər verir ki, Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı BMTM rəhbəri Fərid Şəfiyev deyib.

"30 il ərzində torpaqlarımız işğal altında qalıb və Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan özünü dünyaya əzilən tərəf kimi tanıtmağa çalışıb. Müasir reallıqlar isə dünyaya tam başqa mənzərəni nümayiş etdirir. Hamı görür ki, Azərbaycan sülhə nail olmaq istəyir, lakin Ermənistan özünü bu prosesdən təcrid edir. Cənubi Qafqazda sülhə nail olmaq üçün özünü təcrid edən bir ölkə var ki, o da Ermənistandır və özünü həm iqtisadi, həmçinin siyasi baxımdan təcrid edib.

O, Azərbaycan tərəfindən atılan addımların bilavasitə sülhün təminatına yönəldiyini deyib.

“Biz regionda stabillik və inkişaf istəyirik. Saysız-hesabsız müharibə cinayətləri törətmiş Ermənistan ordusunun ərazilərimizdə basdırdığı minaları nəticəsində dinc əhali həyatını, sağlamlığını itirir. Ermənistan tərəfi işğal dövründə Azərbaycan ərazilərində vurduğu ziyana görə ölkəmizə təzminat ödəməlidir. Bizim bu təzminatı tələb etmək üçün haqqımız var", - deyə Fərid Şəfiyev qeyd edib.