PA: Erkən nikah təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində ciddi problemdir

PA: Erkən nikah təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində ciddi problemdir

Erkən nikah təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində ciddi problemdir. Bununla bağlı BMT və digər təşkilatlar bütün ölkələrlə birgə qarşılıqlı fəaliyyət göstərir.

Birxeber.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bildirib.

“Bu problem təbii ki, bizi də çox narahat edir. Ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən, müvafiq qanun layihələri və digər normativ hüquqi aktlara təkliflər hazırlanıb. Məqsədimiz bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır” - PA rəsmisi qeyd edib.