Şöbə müdiri: Nikah yaşının istisna hallarda 17-yə salınması sui-istifadəyə səbəb olur

Şöbə müdiri: Nikah yaşının istisna hallarda 17-yə salınması sui-istifadəyə səbəb olur

Nikah yaşının istisna hallarda 17-yə salınması məsələsi bəzən sui-istifadəyə gətirib çıxarır.

“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı statistika ürəkaçan deyil: “Eyni zamanda 15-17 yaşlı qızların dünyaya gətirdiyi körpələrin sayında 2022-ci ildə artım müşahidə edilib. Bunlar da onu göstərir ki, maarifləndirmə strategiyası erkən nikahların qarşısının alınmasında o qədər də müsbət nəticə vermir. Bu sahədə qanunvericiliyə dəyişikliklərin edilməsi zəruridir. İl ərzində Dövlət Komitəsi 30-40 erkən nikah halının qarşısını alır. Ümumilikdə isə 2022-ci ildə 300-ə yaxın erkən nikahın qarşısı alınıb”.