DİN: Ötən il erkən nikahla bağlı 50 müraciət daxil olub, 20-nə cinayət işi açılıb

DİN: Ötən il erkən nikahla bağlı 50 müraciət daxil olub, 20-nə cinayət işi açılıb

Ötən il erkən nikahla bağlı 50 müraciət daxil olub, 20-si barəsində cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin xüsusi ilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis-mayoru Emin Nəsirli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən il erkən nikahla bağlı Daxili İşlər Nazirliyinə 50 müraciət daxil olub: "Bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanılıb".