İnsan haqları üzrə pozuntu aşkarlanan məqalələrin sayı açıqlanıb

İnsan haqları üzrə pozuntu aşkarlanan məqalələrin sayı açıqlanıb

Ötən il aparılan media monitorinqində müəyyən etdik ki, hətta tanınmış saytlar belə xəbərdə insan hüquqlarının pozulmasına yol veriblər.

APA xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib.

O bildirib ki, monitorinqə 17 mindən çox xəbər cəlb edilib.

İnsan haqları üzrə pozuntu nisbətinə gəldikdə, 493 məqalə təqsirsizlik prezumpsiyasının pozulması; 357 məqalə şəxsi həyata hörmət hüququnun pozulması və fərdi məlumatların icazəsiz açıqlanması; 147-si Uşaq hüquqlarının pozulması; 72-si Ayrı-seçkilik və nifrət nitqini nəzərdə tutan materialların yayımlanması, 1080-i intihar xəbərlərinin işıqlandırılmasında jurnalistlərin etik davranış qaydalarının pozulması ilə bağlı olub.