Ermənistan hökuməti Aİ missiyasının statusu haqda sazişin ratifikasiyasına baxacaq

Ermənistan hökuməti Aİ missiyasının statusu haqda sazişin ratifikasiyasına baxacaq

Ermənistan hökuməti Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsinə baxacaq.

Birxeber.Az erməni Telegram kanallarına istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının statusu haqqında Saziş 2023-cü ilin noyabrında imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos imzalayıb.