Azərbaycanın xaricdə yeni səfirliklər açması təklif edilir - YENİLƏNİB

Azərbaycanın xaricdə yeni səfirliklər açması təklif edilir - YENİLƏNİB

“Azərbaycanın xaricdə yeni səfirliklərinin açılması məsələsi ölkə başçısının səlahiyyətləri çərçivəsində olduğundan bununla bağlı nəsə deyə bilmərəm”.

“Birxeber.Az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.

Nazir yeni səfirliklərin açılması təkliflərini müsbət qiymətləndirib:

“Çünki Azərbaycanın beynəlxalq fəaliyyətinin artırılması zəruridir. Bunun üçün də yəqin ki, müəyyən xərclərə ehtiyac ola bilər”.

11:50

“Azərbaycanın xarici ölkələrdə yeni səfirliklərinin açılması məsələsinə baxmalıyıq”.

“Birxeber.Az” xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqla bağlı gələn ilin dövlət büdcəsindən 130 milyon manatın ayrılması həddindən artıq vacib məsələdir:

“Beynəlxalq səviyyədə aktivliyimiz daha da artırılmalıdır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və onların ətrafında olan qüvvələr Azərbaycana qarşı beynəlxaq səviyyədə cəbhə açıb. Təbii ki, deputatlarımız müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın haqlı mövqeyini izah etməklə məşğuldur. Gələn ilin dövlət büdcəsində bu məsələlərlə bağlı müəyyən vəsait də nəzərdə tutulur. Buna baxmayaraq, bu sahədə işlərimizi daha da yüksək səviyyədə təşkil etməliyik. Həmçinin səfirliklərin sayı və xarici ölkələrlə əlaqələr genişlənməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanın xaricdə yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxaq. Araşdırmalıyıq ki, hansı ölkələrdə yeni səfirliklərin açılmasına ehtiyac var”.

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər və təhsil ocağı tikiləcək

Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər və təhsil ocağı tikiləcək

Xarici siyasət Xarici siyasət
Şarl Mişel Prezident İlham Əliyev və Nikol Paşinyanla görüşdən sonra mətbuata açıqlama verib

Şarl Mişel Prezident İlham Əliyev və Nikol Paşinyanla görüşdən sonra mətbuata açıqlama verib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Tbilisi formatı təbii olar, biz də bunu alqışlayırıq"

İlham Əliyev: "Tbilisi formatı təbii olar, biz də bunu alqışlayırıq"

Xarici siyasət Xarici siyasət
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Xarici siyasət Xarici siyasət
İsrail səfiri azərbaycanlı məzunlar üçün iftar süfrəsi təşkil edib

İsrail səfiri azərbaycanlı məzunlar üçün iftar süfrəsi təşkil edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Türkmənistanda səfərdədir

Azərbaycan Prezidenti Türkmənistanda səfərdədir

Xarici siyasət Xarici siyasət
"Azərbaycan-Aİ münasibətlərinin inkişafından narahat olan yeganə Avropa ölkəsi Fransadır" - RƏY

"Azərbaycan-Aİ münasibətlərinin inkişafından narahat olan yeganə Avropa ölkəsi Fransadır" - RƏY

Xarici siyasət Xarici siyasət
Derek Hoqan: "ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazırdır"

Derek Hoqan: "ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazırdır"

Xarici siyasət Xarici siyasət
İzmir təşkilatının sədri: “Seçkilərdə “AK Parti gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir”

İzmir təşkilatının sədri: “Seçkilərdə “AK Parti gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir”

Xarici siyasət Xarici siyasət
NATO: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik"

NATO: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik"