Minifutbol çempionatı: “Zirə” ardıcıl 12-ci qələbəsini qazanıb

Minifutbol çempionatı: “Zirə” ardıcıl 12-ci qələbəsini qazanıb

Minifutbol üzrə Azərbaycan çempionatında XII tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Lider “Zirə” yoluna itkisiz davam edir. Adıçəkilən komanda çempionatda ardıcıl 12-ci qələbəsini qazanıb. “Zirə” bu dəfə “Dirçəliş”ə qalib gəlib.

“Abşeron” – “İnter”, “Aznur” – “Odlar Yurdu”, “Turan” – “Real Bakı” və “Birbaşa Bakı” – “Sumqayıt” oyunları bu gün keçiriləcək.

Minifutbol çempionatı

XII tur

“Dirçəliş” – “Zirə” 4:9

“Veteran” – “Dinamo Gəncə” 5:3

“Galaxy Baku” – “Atəşgah Suraxanı” 11:5

“Baku Fire” – “Siyəzən” 8:4