Həndbol çempionatı: “Qarabağ” qələbə qazanaraq ilk “üçlüy”ə yaxınlaşıb

Həndbol çempionatı: “Qarabağ” qələbə qazanaraq ilk “üçlüy”ə yaxınlaşıb

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XII tur başa çatıb.

“Birxeber.Az”un məlumatına görə, son oyunda liderlər qrupuna iddia edən “Qarabağ” autsayder “Təhsil”lə qarşılaşıb.

“Qarabağ” bu qarşılaşmada 41:33 hesablı qələbə qazanaraq ilk “üçlüy”ə yaxınlaşıb.

Turun digər matçında “Bakı” sensasiyaya imza atıb. Bir tur əvvəl lider “Kür”ə qalib gələn “Azəryol” gözlənilmədən paytaxtın eyniadlı komandasına məğlub olub - 25:35. “Kür” isə “İdman Akademiyası”ndan (40:29) güclü olub.

Bu nəticələrdən sonra “Kür” 19 xalla liderliyini davam etdirib. “Bakı” xallarının sayını 16-ya çatdıraraq, ikinci pilləyə yüksəlib. “Azəryol” 14, “Qarabağ” 13 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.