"Təmiz Şəhər" auditor seçir
İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 2021-ci il üzrə maliyyə hesabatlarının, Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun xərclərinin auditi üçün açıq tender elan edib.
“Birxeber” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar ilkin sənədləri mayın 5-i, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 16-sı, saat 17:00-a qədər dövlət satınalmalarınınn vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi mayın 17-də, saat 17:00-da portalda açıqlanacaq.