Azərbaycanın həndbol millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycanın həndbol millisi bu gün Litvanı qəbul edəcək

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

"Birxeber.Az"un məlumatına görə, yığma Bakı İdman Sarayında Litvanı qəbul edəcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. Millimiz daha əvvəl Şimali Makedoniyaya (17:40), sonra isə İspaniyaya (18:38) uduzub.

5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var. Litva və Azərbaycanın hesabında xal yoxdur.

Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq.