Bakı-Sumqayıt şossesində baş verən qəza tıxaca səbəb olub - FOTO

Bakı-Sumqayıt şossesində baş verən qəza tıxaca səbəb olub - FOTO

Xırdalan şəhərində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Birxeber.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonu ərazisində qeydə alınıb.

Qəzanın “Toyota Prius” markalı maşının sürücüsünün ara məsafəsi gözləmədiyindən baş verdiyi deyilir.

Şossedə hərəkətdə olan “Toyota”nın sürücüsü maşınını eyni zolaqda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərbə o qədər güclü olub ki, “Opel” deformasiyaya uğrayıb.

Qəza zamanı “Opel”də olan sərnişin xəsarət alıb.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yolda tıxac yarandığından maşınlar evakuator vasitəsilə şossedən uzaqlaşdırılıb.