Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Zabrat şossesində baş verib.

Yolu keçən 1975-ci il təvəllüdlü Əmirova Aynur Tərxan qızını minik avtomobili vurub.

Qadın açıq kəllə-beyin travması və sağ ayaq sümüklərinin sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Səhiyyə ocağından verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.