Pentaqon: F-16-lar Ukraynaya artıq bu il göndərilə bilər

Pentaqon: F-16-lar Ukraynaya artıq bu il göndərilə bilər

F-16 qırıcıları artıq bu il Ukraynaya göndərilə bilər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlərə deyib.

“Proqnozlarımıza görə, F-16-lar bu il tədarük ediləcək”, – o qeyd edib. Eyni zamanda, Rayder döyüş təyyarələrinin çatdırılmasının dəqiq tarixlərindən söz açmayıb.

Xatırladaq ki, ötən ay Patrik Rayder sözügedən qırıcıların cari ildə Ukraynaya verilə biləcəyini bildirsə də, dəqiq tarix söyləməyib.