Litva MN: NATO-nun təlim missiyaları Ukraynaya göndərilə bilər

Litva MN: NATO-nun təlim missiyaları Ukraynaya göndərilə bilər

NATO bilavasitə Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə deyib.

“Biz təlim missiyaları və təlimçilərin göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda verilərdi”, – nazir bildirib.

Nazirin sözlərinə görə, məsələ istişarə və müzakirə mərhələsindədir:

“Mövqe dəyişə də bilər. Ukraynaya yardımın formaları axtarılır. Müxtəlif ölkələrin fərqli mövqeləri var. Eyni zamanda, bu, Rusiyaya siqnalımız olacaq”.