AQTA: "Bəzi ixracatçılar Rusiya bazarı ilə bağlı tələbləri nəzərə almırlar"

AQTA: "Bəzi ixracatçılar Rusiya bazarı ilə bağlı tələbləri nəzərə almırlar"

Rusiya bazarına ixrac edilən məhsullar üçün müəyyən tələblər qoyulsa da, bəzi sahibkarlar bunu nəzərə almırlar.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdirinin müavini Nahid Əsədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPRO MO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.

"Əvvəllər Rusiya ilə sərhəddə problemlər var idi, lakin hökumətin gördüyü işlər nəticəsində onlar qısa zamanda aradan qaldırıldı. Qonşu ölkənin tələbləri əsasında ixrac həyata keçirilir. Məhsullar qarşı tərəfdə saxlanılsa, bu, ixracatçıların fəaliyyətinə mənfi təsir göstərir. İxracda sərt tələblər olmadığı halda məhsulda yoxlamalar minimuma endirilir. Məsələn, Körfəz ölkələrində yerləşən ticarət evlərinə çatdırılma zamanı bəzi məhsullar üzrə yoxlamalar minimuma endirilib", - deyə o qeyd edib.