Niderlandda ukraynalı qaçqınlar üçün mərkəzi qəbul məntəqəsi bağlanıb

Niderlandda ukraynalı qaçqınlar üçün mərkəzi qəbul məntəqəsi bağlanıb

Niderlandın Utrext şəhərində ukraynalıların mərkəzi qəbul məntəqəsi yeni qaçqınların qəbulunu dayandırıb.

“Report” Niderlandın NOS radioyayım korporasiyasına istinadən xəbər verir ki, qəbul məntəqəsi tam dolub.

Belə ki, məntəqədə cəmi 140 nəfər üçün yer olduğu halda ötən gecə orada 154 qaçqın gecələyib. Bildirilir ki, Utrextə gələn və təcili yardıma ehtiyacı olmayan ukraynalılar özləri yaşamağa yer axtarmalı olacaqlar.

Utrextdəki qəbul məntəqəsinə hər gün 50-70 arası yeni şəxs kömək üçün müraciət edir. Məntəqənin qapıları oradakı ukraynalıların sayı 80-dən aşağı düşəndə ​​açılacaq.

Daha əvvəl 2024-cü ilin ilk həftələrində Utrextdəki qeydiyyat mərkəzinə 3 mindən çox ukraynalının müraciət etdiyi bildirilmişdi.