Azərbaycan Kubokunun açılış oyununda "Xəzri" qələbə qazanıb 

Azərbaycan Kubokunun açılış oyununda "Xəzri" qələbə qazanıb 

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun açılış oyunu keçirilib.

"Report" xəbər verir ki, A qrupunda qərarlaşan "Xəzri" və "Sumqayıt" komandalarının qarşılaşmasında paytaxt klubunun 105:81 hesablı qələbəsi qeydə alınıb.

Ən məhsuldar basketbolçular "Xəzri"dən Ceremi Maklaflin (26 xal, 10 ribaund), "Sumqayıt"dan Smit Roderik (29 xal, 9 ribaund) olublar.

Qeyd edək ki, Azərbaycan Kubokda günün ikinci oyunu saat 19:30-da "Cəlilabad" və "Xırdalan" komandaları arasında baş tutacaq.