Ötən il Bakıda 40 yeni piyada keçidi yaradılıb

Ötən il Bakıda 40 yeni piyada keçidi yaradılıb

Ötən il Bakıda 40 yeni piyada keçidi təşkil edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Eyni zamanda paytaxtın 510 nöqtəsində mövcud piyada keçidləri yenilənib", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, avtomobil yollarında piyada keçidləri təhsil, tibb, iri ticarət müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında yaradılır.

"AYNA-nın əməkdaşları paytaxtın küçə və prospektlərinə mütəmadi olaraq baxış keçirir. Bəzi ərazilərdəki piyada zolaqlarının boyalarının yenilənməsinə ehtiyac yarandığından bu işlər mərhələli qaydada həyata keçirilir. Bəzi ərazilərdə isə piyada keçidlərinin yenidən təşkili ilə bağlı layihələr hazırlanaraq müvafiq qurumlarla razılaşdırılır", - məlumatda deyilir.