Sevda Yahyayevadan ayrı qalan həyat yoldaşı: "Sənsiz dəli kimi darıxıram" - FOTO
Bir neçə gün əvvəl müğənni Sevda Yahyayeva ilə həkim həyat yoldaşı Zakir Bayramov Türkiyəyə yollanıb.
Birxeber xəbər verir ki, daha sonra sosial şəbəkədə görüntülərini yayımlayan Yahyayeva əri Zakirin işləri ilə əlaqədar Azərbaycana qayıtdığını deyib. Sevda isə klip çəkilişinə görə Türkiyədə qalıb.
Zakir Bayramov ayrı qaldığı müğənni həyat yoldaşı ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, Sevda üçün çox darıxdığını bildirib:
"Təyyarəyə gedərkən sağ tərəfimdə böyük bir boşluğu hiss etdim. Sən yox idin. Başa düşürəm ki, bu sadəcə müvəqqəti bir zərurətdir, lakin qəlbim bunu qəbul etmək istəmir. Gözlərim evin hər bir guşəsində səni, qulaqlarım isə sevgidolu səsini eşitmək üçün otaqlardan asılmış, qəlbim isə istini itirməmək üçün könlümdə quş tək döyünməkdədir. Sənsiz dəli kimi darıxıram, əzizim".
Birxeber