“Azərişiq” sədri Masallıda vətəndaşları qəbul edib

“Azərişiq” sədri Masallıda vətəndaşları qəbul edib

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov fevralın 27-də Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

APA-Economics” xəbər verir ki, Cənub RETSİ-nin Masallı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.