Jozep Borrell yaxın vaxtlarda Ermənistana səfər edəcək

Jozep Borrell yaxın vaxtlarda Ermənistana səfər edəcək

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell yaxın vaxtlarda Ermənistana səfər edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, səfər gündəmdədir: “Tarix üzərində işləyirik”.

Diplomat səfərin konkret tarixini açıqlamayıb.