Moldovanın yeni XİN rəhbəri təyin edilib - YENİLƏNİB

Moldovanın yeni XİN rəhbəri təyin edilib - YENİLƏNİB

Moldovanın yeni xarici işlər naziri vəzifəsinə parlament sədrinin müavini Mixay Popşoy təyin edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçan bildirib.

O, əvvəllər parlamentin Avrointeqrasiya və xarici siyasət Komissiyasının üzvü olub.

Xatırladaq ki, xarici işlər və avrointeqrasiya naziri Niku Popesku yanvarın 24-də istefa verib.

Məlumata görə, bundan sonra Moldova Xarici İşlər və Avrointeqrasiya Nazirliyi ayrılacaq. Əvvəllər Xarici İşlər və Avrointeqrasiya Nazirliyində dövlət katibi işləmiş Kristina Gerasimova avrointeqrasiya naziri vəzifəsinə təyin olunub.

11:47

Moldova Baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku istefa verib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

“Ölkə Prezidenti Mayya Sandu tərəfindən qarşıya qoyulan xarici siyasət məqsədlərini uğurla yerinə yetirdikdən sonra Baş nazirin müavini və xarici işlər naziri vəzifələrindən istefa verirəm. İndiki mərhələdə mənə fasilə lazımdır”, - Niku Popesku bildirib.

Onun sözlərinə görə, vəzifədən getdikdən sonra hökumətə və onun komandasına Avropaya inteqrasiya prosesində dəstəyini davam etdirəcək.