AP 50 mlrd. avroluq Ukrayna fondunun yaradılmasını dəstəkləyib

AP 50 mlrd. avroluq Ukrayna fondunun yaradılmasını dəstəkləyib

Avropa Parlamenti Aİ büdcəsində 50 milyard avroluq Ukrayna fondunun yaradılmasını dəstəkləyib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, Avropa Parlamenti Ukraynaya kömək məqsədilə növbəti dörd il üçün Aİ büdcəsində 50 milyard avroluq Ukrayna fondunun yaradılmasına dair hesabatını dəstəkləyib, həmçinin bu istiqamətdə Aİ Şurasının təkliflərini qəbul edib.

536 deputat bu qərarın lehinə, 40 deputat əleyhinə səs verib, 39 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, Ukrayna fondunun yaradılması Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin sosial, iqtisadi və ekoloji nəticələrinin aradan qaldırılmasında bu ölkəyə kömək etmək, onun yenidən qurulması, bərpası və modernləşdirilməsinə töhfə vermək və Aİ-yə üzvlük yolunda zəruri islahatların həyata keçirilməsinə kömək etmək məqsədi daşıyır.