Pakistan məhkəməsi İmran Xan və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürüb

Pakistan məhkəməsi İmran Xan və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürüb

Pakistan məhkəməsi həbsdə olan sabiq baş nazir İmran Xan və onun üçüncü həyat yoldaşı Buşra Bibiyə qarşı korrupsiya ittihamı irəli sürüb.

Birxeber.Az “Reuters”ə istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfini İmran Xanın baş nazirliyi dövründə rüşvət kimi ərazi almaqda ittiham edib.

Qeyd edək ki, ilin avqustundan həbsdə olan 71 yaşlı İmran Xan irəli sürülmüş ittihamları rədd edir. O, artıq iki iş üzrə korrupsiya ittihamı ilə mühakimə olunub və 10 il siyasətlə məşğul olmaq hüququndan məhrum edilib.

Lamiyə Şirinova