MN: Polşa öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır

MN: Polşa öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır

Polşa öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.

APA xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik “Polsat” telekanalına müsahibəsində bildirib.

“Polşada belə bir layihə, belə bir ideya yoxdur”, - nazir müavini əlavə edib.

Xatırladaq ki, fevralın 26-da Makron ev sahibliyi etdiyi Ukrayna ilə müttəfiq 20-yə yaxın ölkə ilə görüşdən sonra bildirib ki, hazırkı mərhələdə quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur. "Lakin heç nə istisna edilməməlidir", - Makron əlavə edib. O deyib ki, "Rusiyanın qalib gəlməməsi üçün əllərindən gələni edəcəklər".

Polşa Prezidenti Andjey Duda isə bildirib ki, Emmanuel Makronun təşəbbüsü ilə Parisdə keçirilən Ukrayna üzrə konfransın iştirakçıları “bu məsələdə qətiyyən razılığa gəlməyib".

Ukrayna ilə bağlı bir günlük konfrans ötən gün baş tutub. Tədbirdə Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Slovakiya və Çexiyanın baş nazirləri Robert Fiko və Petr Fiala da iştirak ediblər. ABŞ-dan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen da tədbirdə qatılıb.

Kamilla Kazımova