Azərbaycanın bank sektorunun xalis mənfəəti 10 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 10 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 99,6 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü 10,3 % çoxdur.

Ötən ay bankların əməliyyat gəlirləri 462,7 milyon manat (əvvəlki ilin eyni dövrünə nisbətən 29,2 % çox), əməliyyat xərcləri 311,7 milyon manat (43,05 % çox), xüsusi ehtiyatlara ayırmaları 29,3 milyon manat (7,3 % çox), digər xərcləri 0,1 milyon manat (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 21,9 milyon manat (3,5 % az) təşkil edib.