"Qəbələ" və "Səbail" klubları cərimələnib

"Qəbələ" və "Səbail" klubları cərimələnib

AFFA İntizam Komitəsi "Səbail" və "Qəbələ" klublarını 700 manat cərimələyib.

"Birxeber.Az" xəbər verir ki, buna hər iki komandanın 4 futbolçusunun Premyer Liqanın XXIV turunun matçlarında sarı vərəqə alması səbəb olub.

"Qəbələ"nin oyunçuları "Kəpəz"lə, paytaxt təmsilçisinin üzvləri isə "Sabah"la görüşdə qarşılarında vərəqə görüblər.

"Qəbələ" klubuna xəbərdarlıq da edilib. Sözügedən matçda azarkeşlər tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.