Göyçayın heyva bağları: məhsul boldur, alan yoxdur - REPORTAJ

Göyçayın heyva bağları: məhsul boldur, alan yoxdur - REPORTAJ

Göyçay rayonunda heyva bağlarında məhsuldarlıq artıb. Müşahidələrə əsasən, ötən illə müqayisədə məhsul xeyli çoxdur. Amma buna baxmayaraq fermerlər məhsulların satışında bir sıra çətinliklərlə üzləşiblər.

Bu barədə "Birxeber.Az"un Yuxarı Şirvan bürosuna müraciət edən bir qrup fermer deyib ki, rayon ərazisində artıq bir müddətdir heyva yığımına başlanılıb.

Onların sözlərinə görə, bu il ağaclara daha yaxşı aqrotexniki qulluq edildiyinə görə məhsuldarlıq da yaxşı olub. Çünki qulluq daha çox məhsul əldə etmək üçün vacib amillərdən hesab olunur. Amma fermerler ciddi çətinliklərlə üzləşdiklərini bildiriblər. Onlar söyləyib ki, min bir əziyyətlə əkib-becərdikləri məhsulun satışını hayata keçirə bilmirlər. Çünki onlar satış üçün bazar tapa bilmədiyini qeyd ediblər. Bunun da əsas səbəbi kimi rayonda emal sexlərinin və emal müəssisələrinin az olduğu göstərilir.

Fermerlər deyib ki, alıcı qabiliyyəti aşağı düşdüyünə görə məhsulun qiyməti də endirilib. Onların sözlərinə görə, ötən il heyvanın bir kiloqramının qiyməti 0,3-1 manat arasında dəyişirdisə, bu il qiymət 20-60 qəpik civarındadır. Buna baxmayaraq, onlar qiymətin aşağı düşməsinin alıcılıq qabiliyyətinə heç bir müsbət təsirini göstərmədiyini bildiriblər. Məhz bütün bu səbəblərə görə, fermerlər məhsulları yığmağa maraq göstərmədiklərini vurğulayıblar.

Fermerlər və satıcılar yeni bazarların açılması üçün müvafiq qurumlardan kömək istəyirlər.

Məsələ ilə bağlı Göyçay Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən "Birxeber.Az"un yerli bürosuna bildirilib ki, məsələ qurumun nəzarətindədir. Qeyd olunub ki, rayonda yeni emal müəssisələrinin açılması üçün iş adamlarına və aidiyyatı qurumlara müraciətlər olunub.

Qeyd edək ki, Göyçay rayonunda 6 782 hektar meyvə bağları mövcuddur və onun da 219 hektarı heyva bağlarının payına düşür. Təkcə Ləkçıplaq kəndində ümumilikdə 70 hektardan çox heyva bağları mövcuddur və fermerlər bu il burada kifayət qədər bol məhsul yetişdiriblər. Bağlardan hər il 100 tonlarla məhsul yığılaraq istehsal müəsissələrinə təhvil verilir. Burada, əsasən, heyvanın yerli sortları olan Bağça, Bardaq və Kamil növləri üstünlük təşkil edir.

Daxili siyasət Daxili siyasət
Nazir: "Vətən müharibəsindən sonra 300-ə qədər azərbaycanlı mina qurbanı olub"

Nazir: "Vətən müharibəsindən sonra 300-ə qədər azərbaycanlı mina qurbanı olub"

Daxili siyasət Daxili siyasət
VK sədri: "Dövlət hesabına hüquqi yardım həyata keçirilərkən bəzən formallığa yol verilib"

VK sədri: "Dövlət hesabına hüquqi yardım həyata keçirilərkən bəzən formallığa yol verilib"

Daxili siyasət Daxili siyasət
Misir Mərdanov: “Qərbi Azərbaycana Qayıdış İcması bundan sonra işini daha da sürətləndirəcək”

Misir Mərdanov: “Qərbi Azərbaycana Qayıdış İcması bundan sonra işini daha da sürətləndirəcək”

Daxili siyasət Daxili siyasət
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi gənclərlə görüşüb

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi gənclərlə görüşüb

Daxili siyasət Daxili siyasət
Bakıda yeni Vəkil Bürosu açılıb

Bakıda yeni Vəkil Bürosu açılıb

Daxili siyasət Daxili siyasət
Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Zahid Oruc: “Məqsəd güclü siyasi partiyaların formalaşdırılmasıdır”

Zahid Oruc: “Məqsəd güclü siyasi partiyaların formalaşdırılmasıdır”

Daxili siyasət Daxili siyasət
Daşaltı şəhidlərinin məzarı ziyarət olunub

Daşaltı şəhidlərinin məzarı ziyarət olunub

Daxili siyasət Daxili siyasət
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
“Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimatı olub

“Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimatı olub

Daxili siyasət Daxili siyasət
DİN Qarabağdakı antiterror tədbirləri ilə bağlı dezinformasiya yayanlara xəbərdarlıq edib

DİN Qarabağdakı antiterror tədbirləri ilə bağlı dezinformasiya yayanlara xəbərdarlıq edib

Daxili siyasət Daxili siyasət
Cəlilabadda Türkiyə üçün yardımlar davam edir 

Cəlilabadda Türkiyə üçün yardımlar davam edir