Azərbaycanın ucqar kəndlərində biznes fəaliyyətinə vergi güzəşti təklif olunur

Azərbaycanın ucqar kəndlərində biznes fəaliyyətinə vergi güzəşti təklif olunur

"Azərbaycanın ucqar kəndlərində aqrar yönümlü müəssisələr yaradan sahibkarlara vergi güzəştlərinin olunmasını təklif edirəm".

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

"Regionlarda ən böyük problem işsizlikdir. Bu problemdən yeganə çıxış yolu kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir. Ucqar kəndlərdə, ümumilikdə regionlarda fəaliyyətə yeni başlayan, istehsal və təkrar istehsalla məşğul olan sahibkarlara vergi güzəşti olmalı, infrastruktur xərcləri ilə bağlı vergi tətillərinin müddəti 3 ilə qədər uzadılmalıdır", - deyə o qeyd edib.

Komitənin digər üzvü Məşhur Məmmədov isə deyib ki, sərhədyanı rayonlarda bu il də olmasa, gələn il paket şəklində müəyyən güzəştlər tətbiq olunsun: "Xüsusilə Ermənistan və İranla sərhəddə yerləşən rayonlarımıza güzəştlərin tətbiq edilməsini təklif edirəm. İqtisadiyyatda Sumqayıt və Gəncəni çıxmaqla regionların payı elə də çox deyil. Bu gün regionlara dövlət büdcəsindən pul ayrılsa da, bir çox problemlər var".

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə bildirib ki, bu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 23,1%  çox olub: "Nəzərə almalıyıq ki, regionlara bir sıra güzəştləri tətbiq edilir. O cümlədən, mikro sahibkarların gəlirinin vergiyə 75 % güzəştlə cəlb edilməsi nəzərdə tutulur. Bundan başqa, regionlarda müəssisələrin qurulması ilə bağlı idxal olunan məhsulların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır". 

Biznes Biznes
Vüsal Qasımlı: “Azərbaycanda ÜDM-nin 1 % artması, türk dövlətləri ilə əlaqələri 1,02 % gücləndirir”

Vüsal Qasımlı: “Azərbaycanda ÜDM-nin 1 % artması, türk dövlətləri ilə əlaqələri 1,02 % gücləndirir”

Biznes Biznes
Sentyabr-noyabrda Bakıda 8 beynəlxalq sərgi keçiriləcək

Sentyabr-noyabrda Bakıda 8 beynəlxalq sərgi keçiriləcək

Biznes Biznes
Orxan Məmmədov: "Biz Latviya ilə işgüzar əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəkləməyə hazırıq"

Orxan Məmmədov: "Biz Latviya ilə işgüzar əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəkləməyə hazırıq"

Biznes Biznes
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Biznes Biznes
Azərbaycanda idxalına güzəşt tətbiq edilən malların siyahısı genişləndiriləcək

Azərbaycanda idxalına güzəşt tətbiq edilən malların siyahısı genişləndiriləcək

Biznes Biznes
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 6 % azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 6 % azalıb

Biznes Biznes
İran şirkəti Azərbaycana 3 500 avtomobil ixrac etməyi planlaşdırır

İran şirkəti Azərbaycana 3 500 avtomobil ixrac etməyi planlaşdırır

Biznes Biznes
Azərbaycanda idman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanda idman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq olunacaq

Biznes Biznes
KOBİA neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB-lara çağırış edib

KOBİA neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB-lara çağırış edib

Biznes Biznes
Aİ-nın minik avtomobilləri bazarı fevralda 12 % böyüyüb

Aİ-nın minik avtomobilləri bazarı fevralda 12 % böyüyüb

Biznes Biznes
AZPROMO rəsmisi: “Qeyri-neft ixracımızın 60 %-i sənaye məhsullarıdır”

AZPROMO rəsmisi: “Qeyri-neft ixracımızın 60 %-i sənaye məhsullarıdır”

Biznes Biznes
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat verib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat verib