“Hədəf” liseyinin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak edib

“Hədəf” liseyinin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak edib

“Hədəf” liseyinin Azadlıq filialının 50-yə yaxın abituriyenti “UNEC-də bir gün” layihəsində iştirak edib.

Universitetdən APA-ya verilən xəbərə görə, UNEC-in 3 saylı tədris binasında keçirilən görüşdə abituriyentlərə ixtisaslar, keçid balları, xüsusi təqaüd imkanları, dünyanın müxtəlif ölkələrinin universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları və s. barədə ətraflı məlumat verilib. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Sonra abituriyentlər tədris binasındakı kitabxana, laboratoriyalar, idman zalı, tələbə yeməkxanası və auditoriyalarla tanış olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər, 492 68 16 telefonu ilə əlaqə saxlayaraq və ya rəsmi facebook, instaqram səhifələrəmizə yazaraq, universitetlə tanış ola bilərlər.