Bakıda 50 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 50 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən və axtarışda olan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub.

Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.

Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O, həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də həmin evdə düşürüb.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əhliman Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

HADİSƏ HADİSƏ
ANAMA: "Azad edilən ərazilərdə ötən ay daha 562 mina aşkarlanıb"

ANAMA: "Azad edilən ərazilərdə ötən ay daha 562 mina aşkarlanıb"

HADİSƏ HADİSƏ
Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub

Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub

HADİSƏ HADİSƏ
Bakıda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb

Bakıda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb

HADİSƏ HADİSƏ
Zəngilanda yabanı halda bitən çətənə bitkisi yandırılaraq məhv edilib

Zəngilanda yabanı halda bitən çətənə bitkisi yandırılaraq məhv edilib

HADİSƏ HADİSƏ
Qəbələdə meşə yanğınının söndürülməsinə mühafizə qüvvələri, helikopter cəlb olunub

Qəbələdə meşə yanğınının söndürülməsinə mühafizə qüvvələri, helikopter cəlb olunub

HADİSƏ HADİSƏ
Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyevlə Gəncədə vida mərasimi keçirilir

Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyevlə Gəncədə vida mərasimi keçirilir

HADİSƏ HADİSƏ
Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib - YENİLƏNİB-2

Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib - YENİLƏNİB-2

HADİSƏ HADİSƏ
Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları - SİYAHI

Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları - SİYAHI

HADİSƏ HADİSƏ
Siyəzəndə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb

Siyəzəndə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Bakıda intiharın qarşısını alan polis yaralanıb

Bakıda intiharın qarşısını alan polis yaralanıb

HADİSƏ HADİSƏ
Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib

HADİSƏ HADİSƏ
Bakıda obyekt yanır

Bakıda obyekt yanır