Stoltenberq NATO-nun Ukraynaya ordu göndərmək planının olmadığını deyib

Stoltenberq NATO-nun Ukraynaya ordu göndərmək planının olmadığını deyib

NATO-nun Ukraynaya döyüş qüvvələri göndərmək planı yoxdur.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Associated Press"ə açıqlamasında deyib.

"NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra gücləndirmişik. Lakin Ukraynada NATO-nun döyüş qoşunlarının yerləşdirilməsi planı yoxdur", - Stoltenberq bildirib.

Qeyd edək ki, fevralın 26-da Parisdə Ukraynanın müttəfiqləri olan 20 ölkənin dövlət və hökumət başçılarının toplantısına ev sahibliyi edən Fransa Prezidenti Emmanuel Makron Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı konsensusun olmadığını desə də, bunu istisna etməyib.