FHN “Absheron” hotelində təlim keçirəcək

FHN “Absheron” hotelində təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayonu, Azadlıq prospekti, 674 ünvanında yerləşən “JW Marriott Absheron” otelində “İctimai obyektlərdə baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda fevralın 27-də, saat 15:00 radələrində yanğın-taktiki təlim keçirəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.