Sankt-Peterburq limanında 148 milyon dollarlıq kokain aşkarlanıb

Sankt-Peterburq limanında 148 milyon dollarlıq kokain aşkarlanıb

Rusiyanın Sankt-Peterburq limanında ümumi çəkisi 1,2 ton olan, dəyəri 13 milyard rubl (148 mln ABŞ dolları) olan kokain aşkar edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotiklər Belçikadan gətirilmiş konteynerdə aşkar edilib, qəhvə paketlərinin arasında ağ tozlu briketlər olub. Ekspertiza onların tərkibində kokain olduğunu təsdiqləyib.

Narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb.