Ukrayna ordusu daha bir kənd yaxınlığındakı mövqelərdən geri çəkilib

Ukrayna ordusu daha bir kənd yaxınlığındakı mövqelərdən geri çəkilib

Ukrayna ordusu Donetsk vilayətinin Yasinovatsky rayonunda yerləşən Orlovka kəndi yaxınlığındakı mövqelərindən geri çəkilib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, buna Rusiya Silahlı Qüvvələrinin intensiv zərbələri səbəb olub.

Bu kənd Donetsk şəhərində Avdivkadan sonra ikinci müdafiə xəttidir.

Qeyd edək ki, fevralın 17-də Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Avdivkanın tutulması barədə ölkə rəhbəri Vladimir Putinə məlumat verib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb.