Afinada sürücülər tətil elan ediblər

Afinada sürücülər tətil elan ediblər

Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri SATA həmkarlar ittifaqının qərarı ilə ikigünlük tətil elan ediblər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, ölkədə onlarla yanaşı, dəmiryol işçiləri və dövlət sektoru işçiləri kimi digər sektorların həmkarlar ittifaqları da tətil edəcək.

Bildirilib ki, bu tətillərə səbəb taksi sürücülərinin ağır vergi yükünə məruz qalmalarıdır.