Simonyan: Zelenskinin Ermənistana səfəri barədə məlumat yoxdur

Simonyan: Zelenskinin Ermənistana səfəri barədə məlumat yoxdur

Ermənistana qarşı hibrid müharibə uzun müddət qabaq başlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ermənistana qarşı hibrid müharibə uzun müddətdir ki, çox intensiv və açıq şəkildə davam edir. Xüsusən də rusiyalı təbliğatçılar tez-tez Ermənistanda mitinq və yürüşlər elan edirlər”, - o qeyd edib.

Onun sözlərinə görə, indiki şəraitdə hibrid müharibədən danışmaq artıqdır, çünki onun mövcudluğu göz qabağındadır:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərinə gəlincə, hazırda bununla bağlı məlumat yoxdur, amma hesab edirəm ki, belə bir səfər olacağı təqdirdə, regional xarakter daşıyacaq. Yəni Ukrayna dövlət başçısı təkcə Ermənistana səfər etməyəcək”.