Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün vizaları sadələşdirə bilər

Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün vizaları sadələşdirə bilər

Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün viza prosesinin sadələşdirilməsi istiqamətində addımlar atır.

“Birxeber.Az”un məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə deyib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verib.

“Ölkəmiz də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atır”, - o deyib.