Vəkillər Kollegiyası 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlayıb

Vəkillər Kollegiyası 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlayıb

Vəkillər Kollegiyasında 21 müraciət əsasında intizam icraatlarına baxılıb, 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlanıb.

Bu barədə “Birxeber.Az”a qurumdan məlumat verilib.

Bildirilib ki, vəkillərin İntizam Komissiyasının iclası keçirilib. İclasda 21 müraciət əsasında başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntunun olması, 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, 2 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması ilə bağlı rəylər qəbul olunub.

"Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 1-i məhkəmədən, 1-i isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub", - məlumatda bildirilib.