AFFA lisenziyalaşdırma ilə bağlı imtahan təşkil edib

AFFA lisenziyalaşdırma ilə bağlı imtahan təşkil edib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün onlayn formatda imtahan keçirilib.

"Birxeber.Az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirakçılara şərtləri xatırladıb.

Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Lisenziya qaydalarına əsasən, lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd edilən sertifikata malik olmalıdır.