Simonyan: KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir

Simonyan: KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir

Məsələ ondadır ki, Baş nazir (Nikol Paşinyan) bizim iştirak etməməyimizin (KTMT-də) faktiki olaraq dondurulmuş münasibətlərə bərabər olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, KTMT-yə sual ünvanladıqlarını, lakin bunun cavabsız qaldığını diqqətə çatdırıb:

“Biz soruşduq ki, KTMT-nin məsuliyyət zonası haradadır, siz Ermənistan Respublikasının sərhədlərini tanıyırsınızmı, Ermənistan hansı sərhədlər çərçivəsində KTMT-yə qoşulub? Hələlik bunlara cavab yoxdur. Mənim şəxsi fikrim budur ki, KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir”.