Moskva məhkəməsi Dumanın keçmiş deputatı barədə qiyabi həbs qərarı çıxarıb

Moskva məhkəməsi Dumanın keçmiş deputatı barədə qiyabi həbs qərarı çıxarıb

Moskvanın Xoroşevski Məhkəməsi Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovu qiyabi həbs edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, keçmiş deputat Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunub.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınan Qudkov 2021-ci ildən Rusiyanı tərk edib.